EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - Qabaqcıl idarəetmə, rabitə və kəşfiyyat sistemləri
Media мərkəz » Xəbərlər

Qabaqcıl idarəetmə, rabitə və kəşfiyyat sistemləri
25.09.2018

Xəbərlər

Mirzə Mirzəyev, “TSG IT Advanced Systems Ltd.” şirkətinin regional meneceri

– İsrailin “TSG IT Advanced Systems” şirkəti proqram təminatlı və İT sistemlərinin hazırlanması ilə məşğuldur. Şirkətin əsas məhsulu “C4I” - idarəetmə, rabitə və kəşfiyyat sistemləridir. Biz “ADEX” sərgisində artıq üçüncü dəfədir ki, iştirak edir və bu dəfə 14 məhsul təklif edirik. Həmin məhsulların arasında bir neçə yeni məhsul da yer alır. Bizim məhsullar hava hərəkətinin idarə edilməsindən tutmuş silahlı qüvvələr üçün xüsusi təyinatlı texniki sistemlərə qədər geniş spektrə malikdir. Xüsusən, şirkətin stendində ilk dəfə olaraq “NessControl” məhsulu təqdim ediləcək. Bu məhsul binalarda, əhalinin sıx məskunlaşdığı ərazilərdə və başqa məkanlarda anti-terror əməliyyatları aparan xüsusi təyinatlılar, kiçik qruplar üçün nəzərdə tutulmuş “C4I” taktiki sistemidir. Şirkətin digər qabaqcıl məhsulu fövqəladə hallarda fəaliyyətləri idarəetmə sistemidir. Bu sistem xilasetmə xidmətləri, operativ reaksiya bölmələri, polis, təcili tibbi yardım və s. qruplar üçün nəzərdə tutulub. Sistem hərəkətin mərkəzinə “onlayn” rejimdə nəzarət etməyə imkan verir. Həmçinin stendimizdə “FOMS” sahə əməliyyatını idarəetmə sistemi, “B-Guard” sərhəd nəzarəti üçün həll variantı, milli təhlükəsizlik sahəsində müxtəlif həll variantları və bir sıra digər məhsullar təklif olunacaq.

Biz sərginin gedişatı çərçivəsində yerli tərəfdaşlar və sifarişçilərimiz ilə görüşlər keçirmək istərdik. Həmçinin, biz digər ölkələrin maraqlanan nümayəndələri ilə də əməkdaşlıq qurmağa şad olarıq.



TƏRƏFDAŞLAR