EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - İstənilən kalibrli silah və sursatlar
Media мərkəz » Xəbərlər

İstənilən kalibrli silah və sursatlar
25.09.2018

Xəbərlər

İliyan Zaqorçev, “Arsenal 2000” ASC-nin regional meneceri

– Bolqarıstanın “Arsenal” şirkəti hərbi və mülki məhsulların layihələndirilməsi, istehsalı və satışı sahəsində 140 ildən artıq təcrübəyə malikdir. Şirkətin məhsulları arasında minalar, tapançalar, avtomatlar, pulemyotlar, “RPQ” / “SPQ” qumbaraatanları və s. məhsullar olmaqla, ümumilikdə, təxminən on min adda məhsul yer alır. Həmçinin şirkət NATO standartlarına uyğun məhsullar istehsal edir. Şirkət sadəcə xammalı kənardan satın almaqla, kompleks istehsal prosesini həyata keçirir.

Stendimizdə təqdim ediləcək yeni məhsullar arasında NATO standartlarına cavab verən 7.62x53 mm ölçülərində yeni pulemyotu, 40x46 mm ölçülərində biratımlıq qumbaraatan, 40x46 mm ölçülərində çoxatımlıq qumbaraatan, müxtəlif növ döyüş sursatları və s. məhsullar yer alır.

“Arsenal” şirkəti 40 mm-lik əl qumbarası, 40×46 mm və 60 mm-lik minalar, 80 mm-lik minalar, termobarik atışlı “RPQ” / “SPQ” qumbaraatanları və digər bu kimi termobarik məhsulların əsas tədarükçüsüdür.

Biz artıq bu sərgidə iştirak etmişik və şirkətimizi Azərbaycanda tanıtmışıq. Biz həmçinin ölkəniz ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik, özümüzə tərəfdaşlar axtarır və hesab edirik ki, belə tərəfdaşların ən yaxşısı hökumətdir.



TƏRƏFDAŞLAR