EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - ADEX 2018 sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
Media мərkəz » Xəbərlər

ADEX 2018 sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
24.09.2018

Xəbərlər

24 sentyabr saat 11:00-da “Hyatt Regency” mehmanxanasında 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi “ADEX 2018” sərgisinin mətbuat konfransı keçirildi.

Mətbuat konfransında cənab Yəhya Musayev - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirinin müavini, cənab Rəmzi Şükürov - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Hərbi Texniki Əməkdaşlıq şöbəsinin müdiri, cənab Fərrux Vəzirov - Şərq İstehsalat Birliyinin Baş direktorunun müşaviri, cənab Edvard Stron - CEO və cənab Orxan Əhmədov – sərgi meneceri iştirak ediblər. Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin xarici iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu. Mətbuat konfransında 50-dən artıq KİV nümayəndələri iştirak etmişdi, onların arasında televiziya və xəbər potalları: AzTV, ATV,  ARB TV, ITV, Lider TV, Xezer TV, Azertag,  AzeriDefence, Interfax, SalamNews, Trend, SIA, 1news, Ria və s.



TƏRƏFDAŞLAR