EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - "ArtOS" – Düz hədəfə!
Media мərkəz » Xəbərlər

"ArtOS" – Düz hədəfə!
19.09.2018

Xəbərlər

Şerstyuk Yaroslav Nikolayeviç, "ArtOS" şirkətinin nümayəndəsi

Biz Bakıda keçirilən “ADEX 2018” sərgisində Ukrayna konstruktorlarının hazırladığı artilleriya atəşinin avtomatlaşdırılmış idarə olunması üzrə “ArtOS” proqram kompleksini təqdim edirik.

“ArtOS” kompleksinin əsas üstünlüyü hədəfin müəyyən edildiyi an ilə atəşin açılması arasındakı vaxtın əhəmiyyətli dərəcədə azaldılmasıdır. Həmçinin kompleks hesablamalar zamanı xətaları istisna edir və minimum 2 saniyə ərzində hazır əmri verir. “ArtOS” kompleksi sayəsində bütün hesablamalar avtomatik rejimdə aparılır və artilleriya silahı ilə atəş üçün məlumatları hesablamağa, koordinatları müəyyən etməyə, topoqrafik-geodeziya hesablamaları aparmağa, eləcə də atəş düzəlişlərinə görə hesablamalar aparmağa, o cümlədən korrekturaları ötürməyə imkan yaranır və bütün bu məlumatlar birbaşa silahın komandirinə və tuşlayıcıya ötürülür. “ArtOS” kompleksi Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi istənilən növ silah, reaktiv yaylım atəşi sistemi və minaatanlar üçün uyğundur.

Biz sərgi zamanı “ArtOS” kompleksinin imkanlarını və xarici ölkələrin mövcud analoji komplekslərindən üstünlüklərini təqdim etmək niyyətindəyik. Şəxsi heyətə onların ərazisində “ArtOS” kompleksi üzrə təlim keçməyə və kompleksin imkanlarını nümayiş etdirmək üçün SSRİ istehsalı olan istənilən növ artilleriya silahı ilə praktiki döyük atışları keçirməyə hazırıq. Həmçinin “ADEX” sərgisində təmsil olunacaq və ya tədbiri ziyarət edəcək, habelə bizim “ArtOS” kompleksinə maraq göstərəcək digər ölkələrin raket qoşunları və artilleriya komandanlığının nümayəndələri üçün şəxsi təqdimatlar keçirməyə hazırlaşırıq.

Biz bütün maraqlı tərəflər ilə əməkdaşlığa hazırıq.



TƏRƏFDAŞLAR