EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Rəsmi kataloq

Sərgi qəzeti
ADEX - “ADEX 2018” sərgisində təqdim edilən ən son hərbi məhsullar
Media мərkəz » Xəbərlər

“ADEX 2018” sərgisində təqdim edilən ən son hərbi məhsullar
10.09.2018

Xəbərlər

25-27 sentyabr tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində 3-cü Azərbaycan Beynəlxalq “Müdafiə” (“ADEX 2018”) sərgisi keçiriləcək. Regionda silah və hərbi texnikanın nümayiş etdirildiyi ən böyük ekspozisiyalardan biri olan bu genişmiqyaslı sərgi müasir silah və texnikanın, habelə Azərbaycan Respublikasının müdafiə-sənaye kompleksinin güc və qüdrətinin parlaq nümayişidir. Sərginin təşəbbüskarı və təşkilatçısı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyidir. Sərgi həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Bu il sərgidə dünyanın 32 ölkəsini təmsil edən 200-dən artıq şirkət iştirak edəcək və tədbir Bakı Ekspo Mərkəzinin 3 pavilyonunu və açıq platformasını əhatə edəcəkdir. Azərbaycan, Türkiyə, Rusiya, İsrail, Belarus Respublikası, Serbiya, Ukrayna, Pakistan, Fransa və digər ölkələr “ADEX 2018” sərgisində milli qruplarla çıxış edir. Bir sıra ölkələr öz milli ekspozisiyalarını böyüdüb. Belə ki, Türkiyə 2016-cı illə müqayisədə 30% daha böyük sahəni bron edib. İştirakçılar arasında İtaliya, Bolqarıstan, Çin, Niderland Krallığı, Litva və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır. Bakı Ekspo Mərkəzinin üçüncü zalında isə yerli istehsal olan ən son hərbi avadanlıq və texnikaların təqdim ediləcəyi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin pavilyonu yerləşəcək.



TƏRƏFDAŞLAR