EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Qoşunlarda yeni tədris dövrü başlayıb
Media мərkəz » Xəbərlər

Qoşunlarda yeni tədris dövrü başlayıb
31.07.2018

Xəbərlər

Azərbaycan Ordusunun birlik, birləşmə, həmçinin qoşun növləri və qisimlərinin hərbi hissələrində yeni tədris dövrü başlayıb. Bütün hərbi hissələrdə keçirilən yığıncaqlarda tədris dövrünün əsas məqsəd və vəzifələri, eləcə də onların icra qaydaları şəxsi heyətə çatdırılıb. 

Yeni tədris dövrünün başlanması ilə əlaqədar təşkil olunmuş tədbirlərdə Müdafiə nazirinin əmr və tələbləri, tədris proqramları, silah və texnikanın effektiv istifadəsi, təhlükəsizlik qaydalarına riayət olunmasının əsas vəzifə və tapşırıqları, həmçinin bütövlükdə tədris prosesinin düzgün təşkili üzrə digər məsələlər şəxsi heyətə çatdırılıb.

Dərslərin ilk günü eyni zamanda şəxsi heyətin həyəcan siqnalı üzrə davranışı, döyüş heyətlərinin dəqiqləşdirilməsi, eləcə də şəxsi heyətin sutkanın gecə və gündüz vaxtlarında bölmələr tərkibində məşqləri ilə başlayıb.



TƏRƏFDAŞLAR