EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Mərhum nazir Yavər Camalov kim olub?
Media мərkəz » Xəbərlər

Mərhum nazir Yavər Camalov kim olub?
24.06.2018

Xəbərlər

Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, Yavər Camalov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

2006-ci ildən müdafiə sənayesi naziri olan Yavər Camalovun biografiyasını təqdim edirik:

Yavər Talıb oğlu Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1972 - ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972-1989-cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis-sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989-1995-ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995-2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib. Evlidir, üç oğlu var. 

Qeyd edək ki, ötən ilin sentyabrında Y.Camalovun oğlu 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişmişdi.



TƏRƏFDAŞLAR