Xəbərlər

ADEX - Artilleriyaçılarımız finalda

Artilleriyaçılarımız finalda

08.08.2017

Xəbərlər

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında minaatan heyətimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsini müvəffəqiyyətlə başa vuraraq beynəlxalq müsabiqənin finalına yüksəliblər.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Finalda Azərbaycan artilleriyaçıları ilə yanaşı Rusiya, Belarus və Qazaxıstan komandaları da güclərini sınayacaqlar.