EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya
ADEX - Elçin Quliyev Türkiyə Quru Qoşunlarının Komandanını qəbul edib
Media мərkəz » Xəbərlər

Elçin Quliyev Türkiyə Quru Qoşunlarının Komandanını qəbul edib
12.06.2017

Xəbərlər

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin QuliyevDSX Aparatında Türkiyə Respublikası Quru Qoşunlarının Komandanı, ordu generalı Salih Zeki Çolakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

DSX Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, görüşdə DSX və Türkiyə Respublikasının Quru Qoşunları arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Söhbət əsnasında transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

 

Tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, sərhəd təlimlərinin və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

 

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.



TƏRƏFDAŞLAR