EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - Müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi ilə görüşüb
Media мərkəz » Xəbərlər

Müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi ilə görüşüb
13.06.2017

Xəbərlər

İyunun 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi kontr-admiral Hayati Bilgiçlə görüşüb.

 

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, müdafiə naziri ikitərəfli əlaqələrin möhkəmlənməsi, qarşılıqlı əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi və təcrübə mübadiləsinin vacibliyini vurğulayaraq Türkiyə ilə hərbi tibb sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.


Ölkəmizə səfərindən şərəf duyduğunu bildirən kontr-admiral H. Bilgiç dövlətlərimiz arasında bütün istiqamətlərdə olduğu kimi hərbi tibb sahəsində də əməkdaşlığın yüksək səviyyədə qurulduğunu və daim inkişaf etdiyini vurğulayıb.


Sonra tərəflər Azərbaycan və Türkiyənin hərbi təbabət sahəsində inkişaf perspektivləri, təcrübə mübadiləsi məqsədilə tibb mütəxəssislərinin qarşılıqlı səfərlərinin və müxtəlif kursların təşkili, hərbi həkimlərin hazırlanmasında Türkiyənin imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə fikir mübadiləsi aparıblar.



TƏRƏFDAŞLAR