EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Rəsmi kataloq

Sərgi qəzeti
ADEX - “ADEX 2016” sərgisi: milli müdafiə sahəsində Azərbaycanın güc və qüdrətinin zühuru
Media мərkəz » Xəbərlər

“ADEX 2016” sərgisi: milli müdafiə sahəsində Azərbaycanın güc və qüdrətinin zühuru
30.09.2016

Xəbərlər

Bu gün Bakı Ekspo Mərkəzində 2-ci Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2016” sərgisinin sonuncu iş günüdür. Tədbirin təşkilati tərəfdaşı “Caspian Event Organisers” (“CEO”) şirkətidir. Bu il “ADEX” sərgisində dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, eləcə də 21 ölkədən 29 rəsmi nümayəndə heyəti iştirak edir. Azərbaycan və xarici ölkələrin dövlət orqanları, işgüzar dairələri və sənaye strukturlarının “ADEX 2016” sərgisinə göstərdikləri böyük maraq bu tədbirin həm aktuallığını, həm də əhəmiyyətini göstərir. Sərginin təşəbbüskarı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə sərgiyə yaxından dəstək göstərir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri İlham Əliyev Azərbaycanın milli müdafiə sektorunun güc və qüdrətinin nümayişi kimi layiqli qiymət almış bu tədbiri ziyarət etdi. Azərbaycan pavilyonunda təqdim edilən hərbi məhsullarla tanış olan Ölkə başçısı bir sıra ölkələrin milli pavilyonlarını, eləcə də iri stendləri ziyarət edərək beynəlxalq istehsalçıların ən yaxşı ekspozisiyaları ilə tanış oldu. İlham Əliyev “ADEX 2016” sərgisinin iştirakçılarına müraciətində son illər ərzində müdafiə sənayesi sahəsində əldə edilmiş uğurları qeyd etdi. Azərbaycan sənayenin bütün sahələrində müşahidə edilən inkişaf sayəsində həm regional, həm də beynəlxalq bazarlarda aparıcı fiqur və strateji tərəfdaşa çevrilib. Ölkə başçısı hərbi-texniki əməkdaşlıq üzrə məsələlərin müzakirə edilməsi üçün nüfuzlu platforma kimi, bu sərginin əhəmiyyətli rolunu xüsusən vurğuladı.

Sərgidə milli müdafiə sənayesi məhsullarının təqdim olunması bir daha sübut edir ki, AR Müdafiə Sənayesi Nazirliyinin balansına verilmiş müəssisələrdə qısa vaxt ərzində aparılmış yenidənqurma işləri və ən son texnoloji avadanlıqların inkişaf etmiş dünya ölkələrindən tədarük edilərək Azərbaycanda quraşdırılması artıq öz bəhrəsini verməyə başlayıb. Azərbaycanın hərbi sənayesinin məhsulları sərgidə böyük maraq doğurub. “ADEX 2016” sərgisi çərçivəsində son illər ərzində ölkəmizdə istehsal edilmiş yüngül və ağır hərbi texnika təqdim olunur. Bunların arasında müxtəlif kalibrli atıcı silahla təchiz edilmiş “Gürzə” universal avtomobili, raket döyüş başlıqları, müxtəlif çaplı silahlar, eləcə də “Tufan” və “İldırım” ağır hərbi texnikası yer alır. Hərbi məhsullar Bakı Ekspo Mərkəzinin qarşısındakı açıq platformada səmərəli və maraqlı şəkildə təqdim olunur. Burada hərbi zirehli texnika (“Matador” və “Marauder”), tank əleyhinə raket kompleksi, Rusiya və Belarusda istehsal edilmiş ağır hərbi texnika və bir sıra digər məhsullar sərgi  qonaqlarına nümayiş etdirilir.

“ADEX 2016” sərgisi hərbi-sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikaların ən son nümunələri, sənaye / nəqliyyat üçün təhlükəsizlik sistemləri, informasiya və rabitənin mühafizəsi, yanğın təhlükəsizliyi vasitələri və bir sıra digər məhsulları nümayiş etdirmək imkanı yaradıb.

Bu sərgi beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün uğurlu səbəbə çevrilib. Burada nəhəng xarici konsernlərin nümayəndələri ilə Azərbaycanlı mütəxəssislər arasında çoxsaylı görüşlər keçirilib. Həmçinin, sərginin geniş işgüzar proqramı bir sıra şirkət sahiblərinin öz həmkarları ilə əməkdaşlıq imkanlarını yaxından öyrənmələrinə kömək etmişdir.

“Aselsan”, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, “Roketsan”, “Rosoboronexport”, “Thales” və digər tanınmış şirkətlər hərbi texnikanın əyani nümayişi ilə sərgidə çıxış edir. Bir sıra şirkətlər hərbi gəmilər, zirehli texnika, donanma platformaları, ən son aerokosmik texnologiyalar, eləcə də kiber-texnologiyaların tətbiqi ilə yanaşı, müasir müdafiə sistemlərinin layihələndirilməsi və istehsalını, o cümlədən innovativ həll variantlarını təklif edir. Qeyd edək ki, bu il müdafiə və xüsusi təyinatlı məhsullar, hərbi nəqliyyat vasitəsi və texnika, eləcə də silah və sursatlar təqdim edən yerli eksponentlərin sayı əhəmiyyətli dərəcədə artmışdır.

Azərbaycan Tarix Muzeyinin ekspozisiyasında isə ölkəmizin hərbi keçmişi öz əksini tapmışdır. Burada Azərbaycanın hərbi tarixinin müxtəlif mərhələlərini əks etdirən silah növləri təqdim olunur. Bu kontekstdə azadlıq uğrunda retrospektiv mübarizə, milli sərvətlərin işğalçı və separatçılardan qorunması xüsusi əhəmiyyət kəsb edir.

Tədbirə göstərilən böyük maraq dörd gün ərzində sərginin səmərəliliyi əks etdirir. Sərginin uğuru sənaye peşəkarları, mütəxəssislər, hərbi ekspertlər, dünyanın müxtəlif ölkələrinin dövlət strukturları və işgüzar dairələrinin nümayəndələri tərəfindən göstərilən diqqət və dəstəklə əlaqədardır. Sərginin qonaq və xarici iştirakçıları jurnalistlərə verdikləri müsahibələrdə hərbi təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət və əməkdaşlıq perspektivlərini vurğulayıb, Azərbaycanın təhlükəsizlik və öz ərazi bütövlüyü uğrunda mübarizə üçün həyata keçirdiyi uğurlu təşəbbüsləri dəfələrlə qeyd ediblər.

Məhz buna görə də, bu gün “ADEX” sərgisi artıq bütün dünyada populyarlıq qazanıb və biz haqlı olaraq gələcəkdə layihənin pozitiv inkişafı haqqında danışa bilərik.  Bu işdə öz təcrübə və biliyi ilə həm yerli iştirakçıların, həm də bir sıra xarici eksponentlərin ən müsbət reaksiyasına səbəb olan sərgi təşkilatçılarının xidməti isə danılmazdır!



TƏRƏFDAŞLAR