EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Hərbi texnikanın istehsalına start verilib
Media мərkəz » Xəbərlər

Hərbi texnikanın istehsalına start verilib
29.09.2016

Xəbərlər

Riçard Kubena, “Tatra Defence Vehicle” şirkətinin kommersiya direktoru

– “Tatra Defence Vehicle” şirkəti “Checkoslovak Group” (CSG) holdinqinə daxildir və şirkətin Çexiya və Slovakiyada nümayəndəlikləri fəaliyyət göstərir. Holdinq bir neçə nəhəng istehsal və təmiz zavodunu, eləcə də servis və ticarət şirkətlərini birləşdirir. Şirkət hərbi təyinatlı texnikaların istehsalı və onları texniki baxışdan keçirilməsi sahəsində ixtisaslaşıb. Bunlar əsasən yerüstü hərbi texnikalardan (tanklar, zirehli transportyorlar, artilleriya qurğuları) ibarətdir. Holdinqə həmçinin radar sistemləri və HHM vasitələri, silah və sursatların layihələndirilməsi və modernləşdirilməsi üzrə şirkətlər də daxildir.

Biz “ADEX-2016” sərgisində “Checkoslovak Group” holdinqi tərəfindən göstərilən bütün xidmət silsiləsini təqdim edirik. Biz şirkətimizin məhsul və xidmətlərinə maraq göstərən bəzi Azərbaycan şirkətləri və dövlət müəssisələri ilə müəyyən dolayı əlaqələr qurmuşuq. Biz daha sıx və birbaşa əlaqələr qurmaq niyyətində olduğumuz üçün bu sərgidə iştirak edirik. Biz sərginin ilk günlərində bizə tanış olan və yeni yerli və xarici şirkətlər ilə maraqlı görüş keçirmiş və danışıqlar aparmışıq.

Qeyd edim ki, tədbir peşəkar səviyyədə təşkil edilib, burada iqtisadiyyatın hərbi və müdafiə sahələrini təmsil edən dünyanın bir sıra tanınmış brendləri geniş tərkibdə təqdim edilir. Biz onların əksəriyyəti ilə əməkdaşlığa böyük maraq göstəririk və işgüzar əlaqələrin inkişaf etdirilməsi məqsədilə “ADEX” platformasından istifadə etməyə hazırıq.



TƏRƏFDAŞLAR