EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - Hərbçilər üçün etibarlı optik məhsullar
Media мərkəz » Xəbərlər

Hərbçilər üçün etibarlı optik məhsullar
29.09.2016

Xəbərlər

Dominik  Hill, “Vectronix” şirkətinin Vitse-prezidenti

– “Vectronix” şirkətinin avadanlıqları artıq Azərbaycanın sərhəd qoşunları tərəfindən istismar edilir və biz gələcəkdə işgüzar əlaqələri inkişaf etdirmək niyyətindəyik. Hərbi-sənaye sahədə təchizatçılar son dərəcə etibarlı tərəfdaşlar olmalıdır, buna görə də tanınmış İsveçrə keyfiyyəti bizim şirkətin vizit vərəqəsinə çevrilib.

“Vectronix” şirkətinin “ADEX-2016” sərgisindəki stendində müasir gecəgörmə cihazları, müşahidə kompleksləri və hərbi təyinatlı digər optik məhsulların istehsal xüsusiyyətləri nümayiş olunur. Biz artıq birinci Azərbaycan Beynəlxalq “Müdafiə” sərgisində iştirak təcrübəsi qazanmışıq və əsas tapşırığımız şirkətin məhsullarını Azərbaycanın müxtəlif silahl; qüvvələrinin peşəkarlarına, eləcə də region ölkələrindən məhsullarımıza maraq göstərən müştərilərə təqdim etməkdir. Biz təchizat şəbəkəsi qurmaq niyyətində olduğumuz üçün stendimizdə dövlət orqanları, polis və sərhəd qoşunları nümayəndələri, eləcə də hərbçilərin yolunu gözləyirik.



    TƏRƏFDAŞLAR