EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - Kiçik çaplı odlu silahların zəngin çeşidi
Media мərkəz » Xəbərlər

Kiçik çaplı odlu silahların zəngin çeşidi
29.09.2016

Xəbərlər

Мuhammad Almas Anjum “Pakistan Ordnance Factories” şirkətinin keyfiyyət üzrə direktoru

– Biz Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2016” sərgisinin debütantı kimi burada şirkətimiz tərəfindən istehsal edilmiş silahların geniş çeşidini təqdim edirik. Bizim stenddə müxtəlif kiçik çaplı odlu silahlar, müxtəlif kalibrli silahlar, yüngül snayper tüfəngləri, müxtəlif tapançalar ilə tanış olmaq, eləcə də müxtəlif kalibrli (o cümlədən ovçuluq üçün nəzərdə tutulmuş) döyüş sursatları haqqında məlumat almaq mümkündür.

Bizim bu ixtisaslaşmış sərgidə iştirak etməyimiz şirkətimiz üçün Azərbaycan bazarında yeni imkanlar yaratmaq istəyi ilə bağlıdır. Biz artıq Azərbaycan təşkilatları ilə ilkin səmərəli əməkdaşlıq təctübəmiz var və biz bu gün mövcud münasibətləri möhkəmləndirmək və yeni əlaqələr qurmaq məqsədi ilə şirkətimizin imkanlarını nümayiş etdiririk. Biz həmçinin digər ölkələri, o cümlədən Avropa ölkələrinin nümayəndələri ilə də görüşməkdən də məmnun olarıq. Sərgi öz uğur və potensialını nümayiş etdirərək burada yeni əlaqələr quran müxtəlif ölkələri təmsil edən istehsalçılar üçün perspektiv imkanlara yaradır.




    TƏRƏFDAŞLAR