EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - “Cobra II” - tamötürücülü zirehli avtomobili
Media мərkəz » Xəbərlər

“Cobra II” - tamötürücülü zirehli avtomobili
29.09.2016

Xəbərlər

Sedef Vehbi,Otokar” şirkətinin ixrac üzrə direktoru

– “ADEX 2016” sərgisinin iştyirakçıları arasında yer alan mütəxəssislər Azərbaycanda artıq uzun müddətdir ki, “Otokar” şirkətinin texnikalarının istismar edildiyini yaxşı bilirlər. Biz bu gün sərgi çərçivəsində peşəkarlar üçün şirkətimizin yeni məhsullarının təqdimatını keçiririk. Əgər bizim şirkət əvvəlki “ADEX 2014” sərgisində “Cobra” tamötürücülü, təkərli zirehli avtomobili təqdim edirdisə, bu dəfə isə biz həmin avtomobilin daha yeni versiyası “Cobra II” modelini təqdim edirik. Avtomobil böyük həcmi, yükqaldırma qabiliyyəti və ekipajın atış silahlarından açılan atəşlərdən yaxşılaşdırılmış müdafiəsi ilə fərqlənir.

Azərbaycanın belə mötəbər sərgisində ikinci dəfə iştirak etməyimiz öz nailiyyətlərimizi geniş şəkildə reklam etməyə, maraqlanan ziyarətçilərlə - bizim məhsulların potensial alıcıları ilə görüşlər keçirməyə imkan verib.

Biz sərgini çox bəyəndik, müxtəlif ölkələri təmsil edən iştirakçıların müxtəlifliyini və mətbuatın bu tədbirə olan marağını qeyd etmək olar.



TƏRƏFDAŞLAR