EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - Yüksək sürətli hərbi gəmilər
Media мərkəz » Xəbərlər

Yüksək sürətli hərbi gəmilər
28.09.2016

Xəbərlər

Vadim Akimov,“Damen Shipyards Group” şirkətinin Şərqi və Cənub-Şərqi Avropa regionlarında satış üzrə direktoru

– Biz artıq iki il bundan əvvəl Azərbaycanda keçirilmiş “ADEX” sərgisində iştirak etmişik və yenidən buradayıq. Region inamla inkişaf edir və bununla yanaşı təhlükəsizlik və müdafiəyə olan tələbat da artır. “Damen” gəmiqayırma şirkətləri qrupu məqsədli təyinata uyğun olan və iqtisadi səmərəliliyi ilə fərqlənən yüksək keyfiyyətlə layihələndirilmiş gəmiləri təmin etməklə, uzun illərdir ki, ölkələrə və hərbi dəniz qüvvələrinə dəstək verir.

Bizim stenddə əsasən uzunluğu 59-dən 105 metrə və daha çox olan “Sigma” seriyalı (kiçik komplektli və yüksək sürətli) kompakt gəmilərin yeni silsiləsi, raketdaşıyan “Sigma 10514”, “Stan Patrol 5009” sürətli patrul gəmiləri və digər məhsulların maketləri, eləcə də bu məhsullar barədə məlumatlar təqdim edilir.

Biz Azərbaycanın hərbi dəniz qüvvələrinin nümayəndələri ilə həvəslə ünsiyyət qururuq. Sərgi çox gözəl təşkil olunub və burada həm Avropa, həm də digər ölkələrdən əsas avadanlıq və sistem təchizatçılarının böyük qismi təmsil olunur ki, bu da bazardakı tələbatı göstərir. Ümumilikdə, ölkənin son illərdə ciddi inkişaf etdiyi hiss olunur.



    TƏRƏFDAŞLAR