EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - Biz Azərbaycanda brendimiz barədə məlumatlılıq səviyyəsini artırmaq istəyirik
Media мərkəz » Xəbərlər

Biz Azərbaycanda brendimiz barədə məlumatlılıq səviyyəsini artırmaq istəyirik
28.09.2016

Xəbərlər

Hyunqun An (Hyungun Ahn), “Daekwang Chemical Co., LTD” şirkətinin meneceri

– Dünən Cənubi Koreyanın “Daekwang Chemical” şirkətinin Beynəlxalq Müdafiə “ADEX-2016” sərgisində debüt etməsi ilə yadda qalıb. Biz şirkətin əsas məhsullarını – gözyaşardıcı qumbaralar və gözyaşardan qazla doldurulmuş balonları təqdim edirik. Cənubi Koreyadan bu məhsulların əsas alıcısı Türkiyədir, Azərbaycan isə bu məhsulu Türkiyə təchizatçılarından satın alır. Biz Azərbaycanda brendimiz barədə məlumatlılıq səviyyəsini yüksəltmək və birbaşa təchizat əlaqələri qurmaq niyyətindəyik.

Məqsədimiz forumun maraqlanan ziyarətçilərinə məhsullarımızın xüsusiyyətləri barədə məlumat vermək, eləcə də digər ölkələri təmsil edən iştirakçılarla münasibət qurmaqdır. Şirkətin hədəf auditoriyası polis, daxili qoşunlar və müdafiə komplekslərinin nümayəndələridir və biz öz stendimizdə bu qurumları təmsil edən nümayəndələrin yolunu gözləyirik.

Biz sərgini çox bəyəndik və mən stendimizə yaxınlaşaraq şirkətimizin təklifləri ilə fəal şəkildə maraqlanan peşəkarlar, eləcə də Azərbaycan müdafiə kompleksinin nümayəndələri tərəfindən marağını olduğunu hiss edirəm.



TƏRƏFDAŞLAR