EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Aerokosmik və müdafiə sektoru 75 şirkəti bir arada toplayıb
Media мərkəz » Xəbərlər

Aerokosmik və müdafiə sektoru 75 şirkəti bir arada toplayıb
28.09.2016

Mustafa Hatipoğlu, Bursa aerokosmik və müdafiə sektorunun sədri (BCCI)

– Bursa Türkiyənin aerokosmik, maşınqayırma və tekstil sənayesinin mərkəzidir. 2013-cü ildə burada 75 şirkəti birləşdirən və əsas fəaliyyəti həm hərbi, həm də mülki sahələri əhatə edən aerokosmik və müdafiə sektoru təsis edilib. Sektorun məqsədi Türkiyənin silahlı qüvvələrinin (hava və quru qoşunları) təchizatını həyata keçirmək, Türkiyənin kosmik proqramında (peyklər, kosmik gəmilər) iştirak etmək və s. bu kimi fəaliyyətlərdən ibarətdir.

Biz Azərbaycanın “ADEX” sərgisində debüt edirik və əməkdaşlıqda maralı olan təşkilatlarla münasibətlər qurmaq niyyətindəyik. Biz bunun üçün stendimizdə bu sektora daxil olan, gəmi, təyyarə, tank və s. üçün mühərrik, parça və konstruksiya detalları kimi ən müxtəlif məhsulların istehsalı ilə məşğul olan, eləcə də müdafiə sektorunda servis dəstəyi verən şirkətlərin potensialını təqdim edirik. Stendimizdə peşəkar ziyarətçilərin yolunu gözləyirik.

Sərgi bizdə çox xoş təəssürat yaradır, iştirakçı və ziyarətçilərin çoxluğu bizi sevindirir. Burada Türkiyəni təmsil edən xeyli sayda eksponent iştirak edir və xalqlarınız arasında sıx qardaşlıq münasibətlərini nəzərə alsaq, bu hal tamamilə normaldır. Bizim əməkdaşlığımızın potensialı çox yüksəkdir və biz ciddi nəticələr gözləyirik!



TƏRƏFDAŞLAR