EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Taniş olun: Pakistan təyyarələri
Media мərkəz » Xəbərlər

Taniş olun: Pakistan təyyarələri
28.09.2016

Xəbərlər

Sohail Saeed Naik, Hava komandoru, “JF-17” təyyarələrinin birgə satışı və marketinqi üzrə direktor, Pakistan Aeronavtika Kompleksinin Katibliyinin sədr müavini, Attok şəhəri, Kamra rayonu

– Biz “ADEX” sərgisində ikinci dəfədir ki, iştirak edirik və burada Pakistan istehsalı olan “JF-17” və “Mushshak” təyyarələrini təqdim edirik. Bundan başqa, biz təyyarələr üçün istehlak malları ilə yanaşı, aviasiya texnikası və müxtəlif vertolyot növləri üçün servis xidmətlərini də təqdim edirik. Sözün düzü, biz öz təyyarələrimizi sərgidə “canlı” şəkildə təqdim etmək niyyətində idik, lakin çatdırılma və gömrük problemləri bizi bu ideyadan daşınmağa vadar etdi. Lakin buna baxmayaraq, Pakistan stendinin ziyarətçiləri bizim aviasiya texnikasının dörd əsas modelinin maketlərini müşahidə edə bilər.

İlk növbədə, stendimizdə aviasiya texnikasına maraq göstərən şəxsləri və ümumilikdə,  bizim texnikanın potensial alıcılarını görmək istərdik.

Biz ümidvarıq ki, bu forum sənaye peşəkarlarının diqqətini Pakistanda istehsal edilmiş aviasiya texnikasına yönəltməyə imkan verəcək.



TƏRƏFDAŞLAR