EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Rəsmi kataloq

Sərgi qəzeti
ADEX - Raket sistemlərinin istehsalı sahəsində təcrübə
Media мərkəz » Xəbərlər

Raket sistemlərinin istehsalı sahəsində təcrübə
28.09.2016

Xəbərlər

Kristof Lyudek, (Christophe Ludec) “MBDA” şirkətinin dəniz müdafiə sistemləri üzrə icraçı meneceri

– Biz “ADEX-2016” sərgisində müxtəlif növ təhdidlərdən qorunmaq üçün nəzərdə tutulmuş raket sistemlərinin istehsalını həyata keçirən “MBDA” şirkətini təmsil edirik. Şirkət 2001-ci ilin dekabr ayında Fransa, İtaliya və Böyük Britaniyada əsas raket sistemləri istehsalçılarının birləşməsi nəticəsində təsis edilib və beləliklə də, raket istehsalı sahəsində yarım əsrlik təcrübə bir yerdə cəm olunub. Hazırda şirkət dünya bazarında lider mövqelərdən birini tutur və biz “ADEX-2016” sərgisində potensial təchizatçılar üçün maraqlı olacaq həll variantını təqdim edirik.

Biz bu mühüm beynəlxalq sərgidə ikinci dəfə iştirak edirik. Əvvəlki “ADEX” sərgisi xüsusən bizim şirkət üçün maraqlı və səmərəli keçib. Bununla əlaqədar olaraq, biz sərgi layihəsinin rəhbərliyi ilə əməkdaşlığı davam etdirmək qərarına gəldik.

Hesab edirəm ki, sərgi kifayət qədər yüksək səviyyədə təşkil olunub.



TƏRƏFDAŞLAR