EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - Döyüşə hazırlıq trenajorları
Media мərkəz » Xəbərlər

Döyüşə hazırlıq trenajorları
28.09.2016

Xəbərlər

Ahmet Hamdi Atalay, Havelsan” şirkətinin Baş direktoru

– Bizim şirkət üç sahədə fəaliyyət göstərir və bu sahələrdən biri döyüş idarəetmə sistemidir. “Havelsan” şirkəti eyni zamanda kiber-təhlükəsizlik məsələləri üçün həll variantlarını da təklif edir və elektron hökumət sisteminin yaradılması məqsədi ilə məhsul təchizatını həyata keçirir.

Biz həmçinin döyüşə hazırlıq üçün hava, dəniz və quruda hərəkət edən nəqliyyat vasitələrinin trenajorlarını təklif edirik. Bizim təqdim etdiyimiz paraşütlə tullanma trenajoru, eləcə də şəhər şəraitində döyüşün idarə olunması trenajoru ziyarətçilərin böyük marağına səbəb olub. Məlum olduğu kimi, şəhərdə döyüş əməliyyatları bu məkanda xeyli sayda mülki insanın olması baxımından digər döyüş əməliyyatlarından fərqlənir. Beləliklə, sərginin ziyarətçiləri virtual eynəkləri taxmaqla,  özlərini şəhər şəraitində aparılan döyüş əməliyyatında hiss edə bilər. Təbii ki, belə trenajorlar müvafiq kadrların hazırlanmasının sadəcə müəyyən bir hissəsidir.

Artıq demək ki, birinci “ADEX” sərgisi bizim üçün çox uğurlu keçib və biz ümid edirik ki, ikinci sərgi də belə müsbət nəticəli və uğurlu olacaq. Nümayəndələrimiz bir sıra yerli və xarici nümayəndə heyətləri ilə görüş keçirməyi planlaşdırırlar. Biz artıq Azərbaycan ilə əməkdaşlıq edirik, bu sərgi isə potensial alıcıların bizim həll variantlarımız barədə daha çox məlumatlandırılmasına imkan yaradacaq.



TƏRƏFDAŞLAR