EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - Potensialımızın uğurlu təqdimatına zəmanət
Media мərkəz » Xəbərlər

Potensialımızın uğurlu təqdimatına zəmanət
27.09.2016

Xəbərlər

Sergey Brovtsin, “Indra” şirkətinin Türkiyə, Qafqaz, Mərkəzi Asiya, Hindistan və Çin regionları üzrə məsləhətçisi

– Bütün dünyada məşhur olan İspaniyanın “Indra Systems” şirkəti müdafiə sənayesi sahəsində fəaliyyət üzrə təxminən yarım əsrlik təcrübəyə malikdir. Bizim şirkət İspaniyada bütün müdafiə sənayesi üçün sistem formalaşdıran şirkət hesab edilir.

Biz “ADEX” sərgisində iştirak etmək üçün bir daha Bakıya gəlmişik və bu mötəbər tədbir potensialımızı uğurla təqdim edəcəyimizə zəmanət verir.

Hələ 2014-cü ildə sərginin tərkibi və təşkilatçılıq səviyyəsi bizi yaxşı mənada təəccübləndirmişdi. Builki səfərimiz isə bir sıra məsələlər üzrə irəliləyişin müşahidə edildiyini görməyə imkan verib, belə ki, ekspozisiyanın sahəsi böyüyüb, ekspozisiyalar genişlənib, stendlər daha da rəngarəng olub və iştirakçıların arasında bir sıra yeni şirkətlər var.

Bu mühüm tədbirdə iştirak etməkdə əsas məqsədimiz Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin texnoloji tərəfdaşı olmaqdır. Biz çox şadıq ki, artıq bir sıra layihələr üzrə ölkənizdə fəaliyyət göstəririk və istərdik ki, Azərbaycanla olan əməkdaşlığımız davam etsin.



    TƏRƏFDAŞLAR