EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Rəsmi kataloq

Sərgi qəzeti
ADEX - Təhlükəsizlik xidməti üçün video-sistemlər
Media мərkəz » Xəbərlər

Təhlükəsizlik xidməti üçün video-sistemlər
27.09.2016

Xəbərlər

Leonid Tan, “Hikvision Digital Technology” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionlarında satış üzrə meneceri

– Bizim şirkət 2001-ci ildə təsis edilib və təhlükəsizlik sistemləri məsələləri ilə məşğuldur. Şirkətimizin əsas fəaliyyəti video-müşahidə və video-təhlükəsizlik sistemləri ilə əlaqədardır. Ümumilikdə, “Hikvision” şirkətinin məhsul xəttinə rəqəmsal, şəbəkə və hibrid video-qeydiyyat qurğuları, eləcə də video-serverlər, İP-kameralar, yüksək görüntülü və sürətli kameralar daxildir. “Hikvision” ticarət nişanı dünyanın 150-dən artıq ölkəsində uğurla tətbiq edilir.

Ziyarətçilər ekspozisiyamızda lazer kameraları, xüsusi avadanlıqlar, termal və partlayışa davamlı kameralar, eləcə də korroziyaya davamlı kameralarla tanış ola bilərlər. Biz ixtisaslaşmış qeydiyyat qurğuları, hərbi məqsədlər üçün mobil həll variantları, xüsusən də daşınması asan olan sahə (çöl) kameraları təklif edirik.

“Hikvision Digital Technology” şirkəti dünya bazarında çox ciddi mövqeyə malikdir və təhlükəsizlik sahəsi ilə əlaqədar iri layihələrdə iştirak edir. Şirkətin ticarət şəbəkəsinin Avropa, Asiya və Amerikada 21 nümayəndəliyi var.

Məlumat üçün qeyd edə bilərəm ki, biz artıq bir neçə ildir ki, Azərbaycan bazarında fəaliyyət göstəririk. Şübhəsiz ki, ölkəniz inamla inkişaf edir. Bununla əlaqədar olaraq, şirkətimiz təhlükəsizlik məsələləri ilə bağlı layihələrdə iştirak etmək niyyətindədir.



TƏRƏFDAŞLAR