EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - Təhlükəsizlik və telekommunikasiya üzrə həll variantları
Media мərkəz » Xəbərlər

Təhlükəsizlik və telekommunikasiya üzrə həll variantları
27.09.2016

Xəbərlər

Metin Balçı, “Argela” şirkətinin meneceri

– “Argela” şirkəti “PSTN”-dən tutmuş “GSM”-ə qədər kompleks telekommunikasiya xidmətləri təklif edən “Türk Telekom Group” şirkətini təqdim edir.

Biz sərgi ziyarətçilərinə, eləcə də tədbirin iştirakçılarına təhlükəsizlik və telekommunikasiya üzrə həll variantlarını, xüsusən də şirkətimizin iki layihəsini təqdim edirik. Bu layihələrdən biri “A” kateqoriyalı milli texnologiyalar (“MILAD”) layihəsidir. Bu təşəbbüs müasir şəbəkələr üzrə həll variantlarını demək olar ki, sıfırdan layihələndirməyə imkan verəcək. Biz bu layihə sayəsində xarici texnologiya ilə əlaqələri minimum səviyyəyə endirə bilərik ki, bu da kiber-təhlükəsizlik üçün çox vacibdir.

Bizim təklif etdiyimiz digər layihə “AMON” layihəsidir. Ölçüsü təxminən “noutbuk” həcmində olan bu kiçik avadanlıq telekommunikasiya əlaqəsinin olmadığı ərazilərdə “3G” və “4G” şəbəkələrinin yaradılmasına imkan verir (bu ərazilər dağ zirvəsi və ya okeanın ortasındakı ərazi ola bilər). “AMON” avadanlığı istər fövqəladə vəziyyətdə, istərsə də xüsusi əməliyyatlar məqsədi ilə faydalı olan tam yeni həll variantını təklif edir.

Ümumilikdə, bizim şirkət yerli şirkətlərlə kifayət qədər geniş əlaqələrə malikdir və bu da sərgi ekspozisiyasına müsbət təsir göstərir.



TƏRƏFDAŞLAR