EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - “ADEX 2016”: Azərbaycanın müdafiə və sənaye kompleksi üzrə güc və qüdrətinin möhtəşəm nümayişi
Media мərkəz » Xəbərlər

“ADEX 2016”: Azərbaycanın müdafiə və sənaye kompleksi üzrə güc və qüdrətinin möhtəşəm nümayişi
27.09.2016

Xəbərlər

Bu gün Bakı Ekspo Mərkəzində 2-ci Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2016” sərgisi öz işinə başlayır. Sərginin təşəbbüskarı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə sərgiyə yaxından dəstək göstərir. “ADEX” sərgisinin təşkilatçı tərəfdaşı “Caspian Event Organisers” (CEO) şirkətidir.

“ADEX 2016” sərgisinin təntənəli açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov ölkə başçısı İlham Əliyevin sərgi iştirakçılarına ünvanlanan salamlama məktubunu oxudu. Ölkə başçısı öz müraciətində qonaqları və sərgi iştirakçılarını 2-ci Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2016” sərgisinin açılışı münasibəti ilə təbrik etmişdir. Sənəddə həmçinin hərbi-texniki əməkdaşlıq, müasir texnologiya və təhlükəsizlik vasitələrinin mübadiləsi məsələlərinin aktuallığı da qeyd olunurdu. Ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş xarici təcavüz və terrorizmin nəticəsi olaraq, Azərbaycan dövləti təhlükəsizlik sisteminin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev sərginin hərbi sənaye sahəsində yeni və mühüm təşəbbüslərə üçün yol açan hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından nüfuzlu platforma kimi əhəmiyyətli rolunu qeyd etmişdir. Ölkə başçısı sərgi iştirakçılarına gələcək işlərində uğurlar, ölkələrinə isə sülh və çiçəklənmə arzuladı.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalov öz dolğun ekspozisiyası ilə elmi-texniki potensialın möhkəmləndirilməsinə (ölkənin müdafiə qabiliyyəti üzrə maraqları çərçivəsində) xidmət edən “ADEX 2016” sərgisinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi. Bu gün Azərbaycan ordusu qarşıya qoyulmuş istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır. Nazir sərginin ənənəvi hal alması ilə tədbirin tədricən əhatə etdiyi zonanı daha da genişləndirəcəyinə əmin olduğunu ifadə etdi. Y. Camalov ölkə sərhədlərinin müdafiəsinin gücləndirilməsi çərçivəsində ikinci müdafiə sərgisinin keçirilməsinin məqsədyönlü olduğunu da xüsusi olaraq vurğuladı.

“ADEX” sərgisi ikinci dəfə keçirilsə də, artıq regionun ən genişmiqyaslı sərgisinə çevrilib. Bu il “ADEX” sərgisində dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 21 ölkədən 29 rəsmi nümayəndə heyəti iştirak edir. İştirakçıların əhatə etdiyi coğrafiya Latviya, Monteneqro, Xorvatiya, Çexiya və Estoniya kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, “ADEX 2016” sərgisində dünyanın 44 ölkəsini təmsil edən şirkətlər, nümayəndə heyətləri və qonaqlar iştirak edir. Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq meydançasını əhatə edən sərgi ərazi baxımından 10%-lik artım nümayiş etdirir. Müasir silah və texnikaların möhtəşəm nümayişi ardıcıl olaraq dörd gün davam edəcək, qonaqlar və sərgi iştirakçıları Azərbaycanın milli müdafiə və sənaye kompleksi üzrə güc və qüdrətinin möhtəşəm nümayişinin şahidi olacaqlar.

“Aselsan”, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, “Roketsan”, “Rosoboronexport”, “Thales” və digər şirkətlər hərbi texnikanın əyani nümayişi ilə çıxış edəcək. Sevindirici haldır ki, eksponentlərin 58%-i Birinci “ADEX” sərgisinin iştirakçılarıdır. Azərbaycan, Belarus, İsrail, Çin, Pakistan, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Fransa, Çexiya sərgidə milli pavilyonla  çıxış edir. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyə (42 şirkət), İsrail (14 şirkət), Rusiyaya (14 şirkət) məxsusdur. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki struktur və zavodlar, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ANAMA agentliyi sərgidə fəal iştirak edirlər. Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı keçirilir.

“ADEX 2016” sərgisində Türkiyə, Rusiya, İsrail, Pakistan, İran və digər ölkələrin nazir, hərbi idarə rəhbərlərinin başçılıq etdiyi, bu ölkələrin müvafiq dövlət strukturlarının nümayəndələrindən ibarət 25 rəsmi nümayəndə heyəti iştirak edir. Öz nümayəndə heyətlərini “ADEX” sərgisinə ilk dəfə göndərən ölkələr arasında Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya yer alır. Beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən “ADEX” sərgisinə göstərilən maraq Azərbaycanın regionda mühüm strateji tərəfdaş, etibarlı münasibətlərin simvolu kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir. Təşkilatçılar sərgi iştirakçılarının xahişini nəzərə alaraq sərginin iş müddətini 4 günə qədər uzatmışdır.

Bu sərgi layihəsinin fərqləndirici xüsusiyyəti müasir qoruma və müdafiə vasitələri, təhlükəsizlik texnikası, sənaye, nəqliyyat təhlükəsizliyi sistemləri, informasiya və rabitənin qorunması, yanğın təhlükəsizliyi vasitələri genişmiqyaslı nümayişidir. Sərgidə hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, quru qoşunları, HHQ-nin texniki nailiyyətləri və silahlanması, HHM sistem və vasitələri, xüsusi təyinatlı əmlak və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar və bir sıra digər məhsullar təqdim edilir.

Dünyanın müxtəlif ölkələrini təmsil edən şirkətlərin bron etdiyi sərginin açıq platforması xüsusən diqqətə layiqdir. Bu platformada ziyarətçilərə ən son qırıcı təyyarələr, pilotsuz uçuş aparatları, tanklar, HHM sistemləri və hərbi maşınlar təqdim edilir. Bundan başqa, sərgidə ilk dəfə olaraq zirehli texnikalara xidmət və texniki baxış üzrə servis mərkəzi layihəsi də nümayiş olunur.

Sərgini seminar və təqdimatlar, eləcə də sənaye nazirlikləri, istehsalçı şirkətlər və sifarişçilər arasında çoxsaylı ikitərəfli görüşləri ehtiva edən zəngin işgüzar proqram müşayiət edir.

“ADEX 2016” sərgisinin qeydiyyat sponsoru qismində Türkiyə Müdafiə Sənayesi Nazirliyinin Müşavirliyi çıxış edir.



TƏRƏFDAŞLAR