EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - Yüz minlərlə partlamamış mərmi zərərsizləşdirilib!
Media мərkəz » Xəbərlər

Yüz minlərlə partlamamış mərmi zərərsizləşdirilib!
27.09.2016

Xəbərlər

Pərviz Hidayev, “ANAMA” təşkilatının planlaşdırma və inkişaf şöbəsinin meneceri

– Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 1998-ci ildə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev tərəfindən təsis edilib. Agentlik 2000-ci ildən etibarən ölkə ərazisinin minalardan təmizlənməsi üzrə fəaliyyətə start verib. Biz əsasən sərhəd ərazilərində fəaliyyət göstərərək, partlamamış döyüş sursatlarının axtarışını həyata keçiririk. Biz həmçinin “şübhəli” ərazilərdə də işlər aparırıq.

Əməliyyatlarda ixtisaslaşmış minaaxtaranlar, köməkçi heyət, mexaniki minaxtaran maşınlar və xüsusi təlim keçmiş itlər iştirak edir.

Hazırda milyonlarla kvadrat metrlik ərazi təmizlənib, yüz minlərlə partlamamış mərmi aşkar edilərək zərərsizləşdirilib.

Biz birinci “ADEX” sərgisində də iştirak etmişdik və mən əminliklə deyə bilərəm ki, ikinci sərgi texniki məsələlər və iştirakçıların tərkibi baxımından daha yüksək səviyyədə təşkil olunub. Biz hələ sərginin işinə start verilməzdən əvvəl, tədbirin təşkilatçıları ilə yüksək səviyyəli münasibətlər qurmuşuq və yaranmış problemlər yerindəcə öz həllini tapıb. Bu isə bizi yalnız sevindirə bilər!

 



TƏRƏFDAŞLAR