EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - ADEX2016 sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
Media мərkəz » Xəbərlər

ADEX2016 sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
22.09.2016

Xəbərlər

Hilton Baku mehmanxanasının “Firuzə” zalında 22 sentyabr saat 12:00-da 2-ci Azərbaycan Beynəlxalq Müdafiə “ADEX2016” sərgisinin mətbuat konfransı keçirildi. Mətbuat konfransında cənab Yəhya Musayev - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirinin müavini, cənab Üzeyir İsmayılov - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri, cənab Rəmzi Şükürov - Azərbaycan Respublikası Müdafiə Sənayesi Hərbi Texniki Əməkdaşlıq şöbəsinin müdiri, cənab Bəhruz Hidayətzadə - Caspian Event Organisers şirkətinin icraçı direktoru, xanım Ülkər Qasımova – sərgi meneceri i.tirak edirdilər. Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin xarici iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu. Mətbuat konfransında 40-dan artıq KİV nümayəndələri iştirak etmişdi, onların arasında 6 televiziya və xəbər potalları: Azertag, APA, Interfax, Trend, SIA, 1news, IRIB və s.



    TƏRƏFDAŞLAR