EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - ADEX-2016: ROKETSAN İNS və GPS naviqasiyalı “Təbər” lazerli yönləndirmə dəstini Bakıda nümayiş etdirəcək
Media мərkəz » Xəbərlər

ADEX-2016: ROKETSAN İNS və GPS naviqasiyalı “Təbər” lazerli yönləndirmə dəstini Bakıda nümayiş etdirəcək
06.09.2016

Xəbərlər

ROKETSAN şirkətinin İNS və GPS ilə təchiz olunmuş “Təbər” yeni nəsil lazerli yönləndirmə dəstini (LGK) ADEX-2016 sərgisində nümayişə çıxaracaq.

Bu barədə “AzeriDefence”yə ROKETSAN şirkətindən məlumat verilib.

Hədəfləri yüksək dəqiqliklə vurulması üçün nəzərdə tutulan “Təbər” sistemi Mk.82 və Mk.82 tipli aviasiya bombalarına uyğun gəlir.

“Təbər” ön hissədə yerləşən yarı aktiv lazer axtarıcı (SAL) və gövdə hissədə qanadcıqlar və quyruq hissədə yerləşən Qlobal Peyk Naviqasiya Sistemi (GNSS),  inersial naviqasiya sistemi, batareya, uçuşa nəzarət sistemindən ibarətdir.

“Təbər” 3 rejimdə – yalnız İNS, İNS+GPS+Lazer, İNS+Lazer rejimlərində çalışır. Uçuş məsafəsi buraxıldığı hündürlükdən asılı olaraq 28 km-dək, dəqiqliyi isə 3 metrədəkdir. Manevr qabiliyyəti 3g təşkil edən “Təbər”in hədəfə yönəlmə sürəti 100 km/saat təşkil edir.



TƏRƏFDAŞLAR