EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - ADEX-2016: “Katmerciler” şirkəti “Khan.D” və “Kangal” zirehli maşınlarını Bakıda sərgiləyəcək
Media мərkəz » Xəbərlər

ADEX-2016: “Katmerciler” şirkəti “Khan.D” və “Kangal” zirehli maşınlarını Bakıda sərgiləyəcək
06.09.2016

Xəbərlər

Türkiyənin “Katmerciler” şirkəti 27-30 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək ADEX-2016 sərgisində “Khan.D” və “Kangal” zirehli maşınlarını, zirehli ekskavatorunu və digər texnikalarını nümayiş etdirəcək.

Bu barədə “AzeiDefence”yə “Katmerciler” şirkətindən məlumat verilib.

“Khan.D” və “Kangal” zirehli personal daşıyıcılar NATO standartlarına uyğun, balistik qorumaya, mina və əl qumbaralarına qarşı gücləndirilmiş mühafizəyə və 4×4 təkər formuluna malikdir.

“Khan.D” 8 heyət daşıyır. Zrehli transportyorun uzunluğu 5010 mm, hündürlüyü 2330 mm, eni isə 2050 mm-dir. Maşının boş çəkisi 4930, daşıma gücü 1000 kiloqram təşkil edir. 286 at gücünə malik mühərriklə təchiz olunmuş maşının sürəti 130 km/saatdır. “Khan.D” 60% maililikdə yüksəkliyə qalxa və 30% eniş maili ərazidə manevr apara bilər. Balistik qorumalı yanacaq çəninin tutumu 138 litrdir.

“Kangal” zirehli avtomobili isə 10 personal daşıyır. Zirehli maşının uzunluğu 6895 mm, hündürlüyü 3010 mm, eni isə 2470 mm-dir. 300 at gücündə mühərrikə malik “Kanqal” 100 km/saat sürət yığmağı bacarır. Döyüş ağırlığı 14 tona qədər olan zrehli transportyor 2500 kg qədər yük daşıma imkanına sahibdir. Bundan başqa, “Kangal” 1.5 metr dərinliyindəki sudan asanlıqla keçə bilir.

“Katmerciler” şirkətinin sərgidə nümayiş etdirəcəyi ekskavator 4×4 təkər formuluna malikdir. Hidrostatik idarəetməyə malik ekskavatora istifadə olunmuş boya yanğını gecikdirici, alovu yaymayan “anti-flame” izolasyalıdır. Texnika avtomatik açılıb bağlanan ön şüşə qorumasına sahibdir. Faralar, ön və arxa duman faraları, yan güzgülər daş və dəyənəkli hücumlara qarşı qorunur.



TƏRƏFDAŞLAR