EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - İlk Azərbaycan-Kanada istehsalçısı AZCAN Birgə Müəssisəsi ADEX 2016 sərgisində öz istehsalı olan zirehli texnikaları nümayiş etdirəcəkdir
Media мərkəz » Xəbərlər

İlk Azərbaycan-Kanada istehsalçısı AZCAN Birgə Müəssisəsi ADEX 2016 sərgisində öz istehsalı olan zirehli texnikaları nümayiş etdirəcəkdir
30.08.2016

Xəbərlər

Təhlükəsizlik və müdafiə sahəsində fəaliyyət göstərən Azərbaycan-Kanada AZCAN Birgə Müəssisəsi istehsal etdiyi zirehli texnikaları 27-30 Sentyabr 2016-cı il tarixlərdə Bakı şəhərində təşkil olunacaq II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2016) nümayiş etdirəcəkdir. AZCAN Birgə Müəssisəsi zirehli offroder, inkassasiya maşınları, zirehli transportyorlar və bu kimi digər müxtəlif xüsusi hərbi və mülki təyinatlı avtonəqliyyat vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində ixtisaslaşmışdır.

AZCAN Birgə Müəssisəsi zirehli texnikanın üzərində geniş spektrdə kimyəvi təhlükəsizlik, silahın məsafədən idarə olunması üçün inteqrasiya olunmuş sistemlər, dronlar və yanğın aşkarlama qurğusu, partlayıcı maddələrə məsafədən ötürülən siqnalların qarşısının alınması, iğtişaşların və kütləvi izdihamların dağıdılması üçün vasitələr və s. bu kimi xüsusi təyinatlı və taktiki avadanlıqlar təklif edir. AZCAN Birgə Müəssisəsinin istehsalı olan avtomobillər istifadəçi və sərnişinlərin təhlükəsizliyini maksimum həddə təmin etmək üçün işlənib hazırlanmışdır, eyni zamanda, yüksək səviyyəli yığma, zirehin sertifikatlaşdırılması və müasir elektronikası ilə ən yüksək beynəlxalq standartlara cavab verir.

İlk Azərbaycan-Kanada zirehli texnika istehsalçısı olaraq AZCAN Birgə Müəssisəsi sərginin aparıcı iştirakçılarındandır. Müəssisənin sərgi salonunda (№2402) və açıq havada yerləşən ekspozisiyalarında yeni çoxfunksiyalı zirehli maşınlar, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində kompleks həllər əsasında işlənib hazırlanmış zirehli transportyorlar və xüsusi taktiki təyinatlı digər texnika nümayiş etdiriləcəkdir.

AZCAN Birgə Müəssisəsi artıq öz müştəriləri arasında layiqli yer tutmuşdur. Belə ki, fərdi sifarişlərlə yanaşı AZCAN Birgə Müəssisəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və digər dövlət təşkilatları ilə müqavilələr imzalanmışdır. Müəssisənin texniki ekspertiza, həmçinin yüksək ixtisaslı mütəxəssislər və işçi personala malik olması mülki, xüsusi təyinatlı və hərbi məqsədlər üçün istifadə olunan yüksək keyfiyyətli zirehli maşınlar və kompleks innovative texnologiyalar istehsal etməyə imkan verir.

“Azərbaycan öz coğrafi mövqeyi, insan resursları və böyük texnoloji potensialına görə unikal ölkədir. AZCAN Birgə Müəssisəsinin Azərbaycanda yerli istehsal sahəsini təşkil etməkdə əsas məqsədi respublikanın və qonşu ölkələrin zirehli texnikaya olan tələbatını təmin etməkdən ibarətdir. Bizim strateji məqsədimiz Kanada təcrübəmizi və innovativ yanaşmamızı zirehli texnikanın istehsalı ilə əlaqədar yerli istehsal yaratmaq üçün istifadə etmək və bununla da yeni iş yerləri açmaq və vergi ödəməklə Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməkdir.” – Roman Şimonov, AZCAN Birgə Müəssisəsinin Baş direktoru.



TƏRƏFDAŞLAR