EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Yavər Camalov Belarus müdafiə nazirinin 1-ci müavinini qəbul edib
Media мərkəz » Xəbərlər

Yavər Camalov Belarus müdafiə nazirinin 1-ci müavinini qəbul edib
29.07.2016

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, general-mayor Oleq Belokonevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Yavər Camalov Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı nümayəndə heyətini məlumatlandırıb.

 

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nümayəndə heyətinin başçısı Oleq Belokonev səmimi qəbula görə təşəkkür edib.

 

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində olub və istehsal prosesini izləyib.



TƏRƏFDAŞLAR