EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında iştirak edib
Media мərkəz » Xəbərlər

Zakir Həsənov yeni inşa edilən tikililərin açılışında iştirak edib
29.07.2016

Müdafiə naziri general-polkovnik Zakir Həsənov daha bir hərbi hospitalın tikintisi ilə maraqlanıb, eləcə də mühəndis-istehkam hərbi hissəsində yeni inşa edilən tikililərin açılışını həyata keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Qaradağ rayonunun Ələt qəsəbəsində tikintisi davam edən hərbi hospitalda görülən işlər barədə məlumat verən Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev bildirib ki, bu müəssisə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulub və inşaat işlərinin yekununda müasir tibbi avadanlıqlarla tam təmin olunacaq.

Müdafiə naziri tikintinin gedişi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

Sonra general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin əlahiddə mühəndis-istehkam hərbi hissəsinə gəlib. Yeni inşa edilərək müvafiq avadanlıqlarla tam təmin edilmiş əsgər yataqxanaları, tibb məntəqəsi, ərzaq anbarları, döyüş texnikası parkı və digər tikililərə baş çəkən nazirə görülən işlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, birbaşa təyinatları üzrə praktik fəaliyyətləri üçün bölmələr mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika, xüsusi avadanlıq və vasitələrlə təmin olunub. Sonra Müdafiə naziri hərbi hissənin silahlanmasında olan xüsusi texnikalara baxış keçirib.



    TƏRƏFDAŞLAR