EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - “ADEX” sərgisi Fransada keçirilən “Eurosatory 2016” sərgisində iştirak edib
Media мərkəz » Xəbərlər

“ADEX” sərgisi Fransada keçirilən “Eurosatory 2016” sərgisində iştirak edib
04.07.2016

Xəbərlər

Cari ilin 13-17 iyun tarixində Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi bütün dünyada quru qoşunları və hava hücumundan müdafiə vasitələri və təhlükəsizlik texnologiyaları üzrə ən böyük beynəlxalq sərgilərdən biri olan və Fransanın Paris şəhərində keçirilən “Eurosatory” sərgisində iştirak edib . Beləliklə, “ADEX” sərgisinin təşkilatçısı - “Caspian Event Organisers” (CEO) şirkəti “Eurosatory” sərgisinin keçirildiyi illər ərzində bu tədbirdə iştirak etmiş ilk Azərbaycan şirkəti oldu.

“ADEX” sərgisinin meneceri Ülkər Qasımova öz təəssüratlarını bölüşərək, bunları bildirdi:             - “Mən böyük qürur hiss ilə deyə bilərəm ki, “Eurosatory” sərgisində debütümüz uğurlu oldu. Tədbirdə iştirakçı ölkələrin bayraqları arasında Azərbaycanın da dalğalanan bayrağını görmək kollektivimizi çox sevindirdi. Sərginin ziyarətçiləri həm Azərbaycana, həm də bilavasitə “ADEX” sərgisinə böyük maraq göstərirdilər. Biz Azərbaycanda keçirilən sərgidə iştirak ilə bağlı bir sıra faydalı görüşlər keçirərək müvafiq danışıqlar apardıq, belə ki, gün ərzində 15-20 görüş keçirilirdi və sərginin broşürlərinə böyük tələbat vardı. Həmçinin, biz həmin tədbirdə “ADEX 2014” sərgisinin iştirakçıları ilə yanaşı, bu il Bakıda keçiriləcək sərgiyə gəlmək üçün fəal hazırlıq görən eksponentlərlə də görüşlər keçirdik. İndi isə biz 27-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək “ADEX 2016” sərgisində “Eurosatory” sərgisinin stendini qəbul edəcəyik”.

“Eurosatory” sərgisi yalnız təhlükəsizlik və müdafiə məsələlərini işıqlandıran bir tədbirdir və 1967-ci ildən bəri Fransa Müdafiə Nazirliyinin himayədarlığı ilə hər iki ildən bir keçirilir.



TƏRƏFDAŞLAR