EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - Azərbaycanda 2015-ci ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi artıb
Media мərkəz » Xəbərlər

Azərbaycanda 2015-ci ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi artıb
04.03.2016

Azərbaycanda 2015-ci ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi artıb

Silahlı Qüvvələr və digər güc strukturları tərəfindən sifariş olunmuş müdafiə təyinatlı məmulatlar üzrə bağlanmış müqavilələr tam yerinə yetirilib.

 

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ilin fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi hesabatında bildirilir.

 

Hesabatda qeyd olunub ki, 2015-ci ilin yekunlarına əsasən, istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi ötən illə müqayisədə dəfələrlə artıb: “Müdafiə sənayesi müəssisələri tərəfindən 7 mövzu üzrə təcrübi-konstruktor işləri tam başa çatdırılıb, 11 məmulatın istehsalı mənimsənilib və silahlanmaya tövsiyə olunaraq seriyalı istehsalı təşkil edilib.

 

114, 6 milyon manat məbləğində müdafiə təyinatlı məlumatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Təhvil verilmiş məmulatların həcmi 2007-ci ilə nisbətən 26,7 dəfə, 2010-cu ilə nisbətən 2,3 dəfə artıb”.



TƏRƏFDAŞLAR