EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - 2016-ci ildə “Caspian Event Organisers” şirkəti bir sıra tədbirlər keçirəcək
Media мərkəz » Xəbərlər

2016-ci ildə “Caspian Event Organisers” şirkəti bir sıra tədbirlər keçirəcək
01.03.2016

Xəbərlər

2016-cı ildə sərgi və konfransların peşəkar təşkilatçısı “Caspian Event Organisers” “CEO” şirkəti bir sıra tədbirlər keçirməyi planlaşdırır və bütün tədbirlər Azərbaycan Respublikasının dövlət strukturları tərəfindən dəstəklənir. Azərbaycan Respublikasının Prezidenti multikulturalizm ənənələrini qorumaq və bu ənənələrin gələcək inkişafını, eləcə də geniş təbliğatını həyata keçirmək məqsədi ilə 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Azərbaycanda həyata keçirilən bütün sərgi və konfranslar isə multikultiralizmin parlaq nümunəsidir, belə ki, sözügedən tədbirlər hər il bütün dünyadan müxtəlif sahələri təmsil edən mütəxəssisləri bir araya toplamaqla, beynəlxalq əməkdaşlığı daha da genişləndirərək möhkəmləndirməklə yanaşı, mədəniyyət mübadiləsinə də öz töhfəsini verir.

“Caspian Event Organisers” şirkətinin 2016-cı il sərgi təqviminə səkkiz tədbir daxildir. Həmçinin, “CEO” şirkəti bu il bir sıra beynəlxalq tədbirlərin təşkilində də iştirak edəcək və ilk belə tədbir öz onillik yubileyini qeyd edən 19-21 may tarixində keçiriləcək Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro” sərgisidir. Yarandığı gündən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Caspian Agro” sərgisinə yaxından dəstək göstərir. Keçirildiyi illər ərzində sərgi özünü mütəxəssislərin illik görüşü ilə yanaşı, kənd təsərrüfatı sektoruna aid texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi üçün də istifadə olunan platforma kimi doğrulda bilmişdir. Artıq bir neçə ildir ki, kənd təsərrüfatına aid məhsul və avadanlıqların istehsalçı və distribyutorları bu sərgiyə böyük maraq göstərirlər. Bununla əlaqədar olaraq, sərgi bu il “Elektron kənd təsərrüfatı” və “Laboratoriya avadanlıqları” kimi sektorları daxil etməklə, öz əhatə dairəsini daha da genişləndirmişdir.

Payızda isə sərgi mövsümü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2016” sərgisi çərçivəsində müasir silah və texnikanın, eləcə də milli müdafiənin güc və qüdrətinin möhtəşəm nümayişi ilə start götürəcək. Bu sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə iki ildən bir keçirilir. Tədbirə müşahidə olan böyük marağını nəzərə alaraq 2016-cı ildə sərginin iş müddətini 4 günə qədər uzadıblar. Artıq 150-dən çox şirkət “ADEX 2016” sərgisində iştirak edəcəyini təsdiqləmişdir. İsrail, Çin, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak üçün ekspozisiya meydançalarını rezervasiya etmişlər.

Həmçinin, oktyabr ayında 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgiləri öz yubileylərini qeyd edəcək. Noyabr ayında bir neçə tədbirin - 2-ci Azərbaycan Beynəlxalq Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət “Baku CSR Conference 2016” konfransı, 3-cü Xəzər Beynəlxalq Su Texnologiyaları “CATEC 2016” sərgisi, “Xəzər: Ətraf mühit üçün texnologiyalar” 7-ci Azərbaycan Beynəlxalq Ətraf mühit “CTE 2016” sərgisi, eləcə də “Iteca Caspian” şirkəti ilə birlikdə təşkil olunan 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2016” sərgi və konfransının keçirilməsi planlaşdırılır.

Beləliklə, Bakı şəhəri bu il də beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevriləcəkdir. Bütün dünyada iqtisadi durumun qeyri-sabit olmasına baxmayaraq, bu tədbirlərin əhəmiyyəti daha da artır. Məhz sərgi və konfranslarda demək olar ki məhdudiyyətsiz imkanlar təklif olunur, yeni texnologiyalar nümayiş etdirilir, yeni əlaqələr qurulur və yeni tərəfdaşlar müəyyənləşdirilir. Nəhayət, sərgi və konfranslar ölkəyə yeni investisiya axınının cəlb olunmasında da kömək edir. 2016-cı ildə keçiriləcək sərgilərin tam cədvəli ilə şirkətin veb-saytında (www.ceo.az) tanış olmaq mümkündür.



TƏRƏFDAŞLAR