Xəbərlər

ADEX - Yavər Camalov Çex Respublikasının səfiri ilə görüşüb

Yavər Camalov Çex Respublikasının səfiri ilə görüşüb

21.01.2016

Xəbərlər

Müdafiə sənayesi naziri Yavər Camalov Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka ilə görüşüb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Y. Camalov Azərbaycan və Çex Respublikası arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib. O, Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

 

Görüş zamanı hərbi-texniki əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.