Xəbərlər

ADEX - Nəcməddin Sadıkov NATO-da keçirilən görüşdə iştirak edib

Nəcməddin Sadıkov NATO-da keçirilən görüşdə iştirak edib

21.01.2016

Xəbərlər

Azərbaycan müdafiə nazirinin I müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" missiyasına töhfə verən qeyri-NATOölkələrinin Baş Qərargah rəisləri ilə keçirilən görüşdə iştirak edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, N. Sadıkov səfər çərçivəsində NATO Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Gürcüstan, Ukrayna və Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.