![]() |
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi![]() ![]() |
Müdafiə Sənayesi Nazirliyində Gürcüstan müdafiə nazirinin müavini David Ebralidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verilib.
Görüşdə Azərbaycanla Gürcüstan arasında müdafiə sənayesi üzrə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Gürcüstanın Azərbaycandakı hərbi attaşesi də görüşdə iştirak edib.