EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Azərbaycanın müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələrinin hərbi bazalarından birində olub
Media мərkəz » Xəbərlər

Azərbaycanın müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələrinin hərbi bazalarından birində olub
06.11.2015

Xəbərlər

Qazaxıstanda rəsmi səfəri çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov noyabrın 4-də bu ölkənin hərbi sənaye kompleksinin aparıcı müəssisələrindən olan “Kazakhstan Aselsan Engineering”də olub.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yüksək texnologiyaların tətbiqinə əsaslanan elektron-optik cihazların istehsalı sahəsində ixtisaslaşan müəssisənin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti məhsulların hazırlanması sahələrinə və sınaq sexlərinə də baxıb.

 

Sonra nazir Qazaxıstan Silahlı Qüvvələrinin hərbi bazalarından birini ziyarət edib. Burada o, hərbi desant kompleksi, hərbi hissənin silah və texnika sərgisi ilə tanış olub. Müdafiə naziri şəxsi heyət tərəfindən nümayiş olunan binaya hücum, gecə və gündüz rejimində müxtəlif silahlardan atəş açma və manelər zolağının dəf edilməsi məşqlərini də izləyib.

 

Müdafiə nazirinin Qazaxıstana səfəri noyabrın 5-dək davam edəcək.



TƏRƏFDAŞLAR