EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Sərgidə aparıcı şirkətlərdən vakant iş yerləri
Media мərkəz » Xəbərlər

Sərgidə aparıcı şirkətlərdən vakant iş yerləri
02.10.2015

Xəbərlər

9-11 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisi keçiriləcək. Sözügedən sərgi həm birbaşa məşğulluq baxımından, həm də “rekrutinq” (personalın seçilməsi və qiymətləndirilməsi) üzrə mütəxəssislərlə peşəkar ünsiyyət üçün imkan yaradan ixtisaslaşmış unikal platformadır. “Karyera” sərgisi Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir və bu fakt tədbirin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Bu il “Azercell”, “Azersu”, “Azersun Holding”, Formula1 Bakı Avropa Gran Prisi, “Gilan Holding”, Bakı Metropoliteni, “Halliburton” (ABŞ), SOCAR, “SOCAR Polymer” MMC və digər şirkətlərdən ibarət olan sərgi iştirakçıları neft-qaz, telekommunikasiya, nəqliyyat, maliyyə, su təchizatı, energetika, satış və marketinq sahələri üzrə vakansiyalar təklif edəcəklər.

Sərgi çərçivəsində iş axtaranları bir sıra ixtisaslar üzrə vakansiyalar gözləyir:

Azercell Telecom: Müştəri xidmətləri, Texnologiyalar departamenti, Marketing departamenti

Azersun Holding: Eksport mütəxəssisi, Direktor assistenti, Satınalma mütəxəssisi, Proqramçı

Bakı Metropoliteni: Energetika üzrə mühəndis, Avtomatika üzrə mühəndis, Mexanika üzrə mühəndis, Elektrik qaz qaynadçısı, mühəndis, proqramlaşdırıcı

Gilan Holding: Mühasib, HR mütəxəssis, resepşn, müdir köməkçisi, Ofis-menecer, Maliyyə mütəxəssisi, satınalma üzrə mütəxəssis, İT-mütəxəssis, kulinariya, auditor

“SOCAR Polymer” MMC: SƏTƏM dizayn üzrə baş mühəndis;
Sumqayıt PMC HSE: SƏTƏM nəzarətçi i (Sumqayıt PMC);
Mühəndislik IPMT: İnşaat mühəndisi, memar;
Mühəndislik IPMT: Baş boru mühəndisi;
Sumqayıt PMC QA/QC: Keyfiyyətə Zəmanət / Keyfiyyətə nəzarət üzrə nəzarətçi; 
Mühəndislik IPMT: Müqavilələr üzrə baş mühəndis;
Mühəndislik IPMT: Materiallar üzrə koordinator;
Kadrlar şöbəsi: peşəkar inkişaf və təlim üzrə mütəxəssis.

Formula1 Bakı Avropa Gran Prisi layihəsinin Təşkilat komitəsi də sərgidə öz vakansiyalarını təqdim etməklə yanaşı, 2016-cı ildə Bakıda təşkil olunacaq “Formula-1” (F1) üzrə Avropa Qran-pri avtomobil yarışı üçün könüllülərin cəlb olunmasını həyata keçirəcək.

Ziyarətçilər sərgidə məşğulluq üzrə konsultasiya almaq, anket doldurmaq və hətta sərgidə təmsil olunan şirkətlərin kadrlar şöbəsi əməkdaşlarının iştirakı ilə ilkin müsahibədən keçmək imkanına malik olacaqlar. Bundan başqa, “Gilan Holding” şirkəti  tərcümeyi-halların düzgün doldurulması və arzu olunan vəzifəni tutmaq üçün müsahibədə lazımı qaydada iştirak etməyin yolları barədə seminar təşkil edəcək.

“Karyera” sərgisinə giriş iş axtaran hər bir kəs üçün açıqdır. Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri “Koroğlu” metro stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz və müntəzəm qrafik əsasında) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq. Sərgi öz işini oktyabr ayının 11-nə kimi  davam etdirəcək.



TƏRƏFDAŞLAR