EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibətilə təntənəli tədbir keçirilib
Media мərkəz » Xəbərlər

Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibətilə təntənəli tədbir keçirilib
18.08.2015

Xəbərlər

Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibətilə avqust ayının 18-də Dövlət Sərhəd Xidmətində təntənəli tədbir keçirilib.

Xidmətin mətbuat mərkəzindənAPA-ya verilən məlumata görə, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək sərhədlərinin mühafizəsi işində qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən danışıb, şəxsi heyəti peşə bayramı münasibəti ilə təbrik edib.

 

Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlıqların yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində  Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısının, Azərbaycan sərhədçisinə olan inam və etibarın dayandığı xüsusi vurğulanıb.

 

Tədbirdə ali hərbi rütbələr təqdim olunub, xidmətdə fərqlənmiş hərbi qulluqçular orden və medallarla təltif edilib.



    TƏRƏFDAŞLAR