EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - MSN-nin istehsal etdiyi hərbi məhsulların 85%-i müdafiə və xüsusi təyinatlı olub
Media мərkəz » Xəbərlər

MSN-nin istehsal etdiyi hərbi məhsulların 85%-i müdafiə və xüsusi təyinatlı olub
31.07.2015

Xəbərlər

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2015-ci ilin birinci yarım ilinin yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilib.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.
Y. Camalov bildirib ki, ilin ilk 6 ayında MSN-in  müəssisələrində 2015-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib. Eləcə də, mülki məmulat istehsalının genişləndirilməsi davam etdirilib.
Hesabat dövründə istehsal olunan məmulatların 85 faizini müdafiə və xüsusi təyinatlı, 15 faizini isə mülki məmulatlar təşkil edir. Mülki məhsulların istehsalı üzrə proqnoza 106 faiz əməl olunub.
2015-ci ilin istehsal proqramına uyğun olaraq birinci yarımillikdə nazirliyin müəssisələrində yaradılma üzrə 81 mövzunu və 143 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib.
Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir. Bu sahədə respublikanın elm ocaqlarından Azərbaycan Milli Elmlər Akademiyası, Milli Aviasiya Akademiyası və digərləri ilə sıx əməkdaşlıq edilir.
Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə 20 mövzu, o cümlədən dövlət sifarişi xətti ilə 9 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Eləcə də, Milli Aerokosmik Agentliyinin (MAKA) 2015-ci ildə elmi-tədqiqat işləri üzrə planında müdafiə təyinatlı məmulatların fəaliyyət prinsiplərinin işlənməsi, aerokosmik məlumatların emalının təkmilləşdirilməsi və ekoloji monitorinq məsələlərinin həllinə xüsusi yer verilib.
Kollegiyada qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar sonuncu qatıldığı cari ilin may ayında Türkiyənin İstanbul şəhərində keçirilən "İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisində uğurla nümayiş olunub. İki ildən bir keçirilən "İDEF” sərgisində Müdafiə Sənayesi Nazirliyi artıq dördüncü dəfə idi ki, iştirak edirdi.
Bu sərgidə Müdafiə Sənayesi Nazirliyi 184 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib.
Beynəlxalq sərgidə nümayiş olunan məmulatlar Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb.
"İDEF-2015” sərgisi çərçivəsində bir sıra ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirilib, mövcud və yeni əməkdaşlıqlara dair danışıqlar aparılıb.
Sərgi zamanı 2016-ci ildə Azərbaycanda keçiriləcək "ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verilib və dəvətlər çatdırılıb.
Kollegiya iclasında nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənilib və müəssisələrin fəaliyyətləri müzakirə edilib.



TƏRƏFDAŞLAR