EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Azərbaycan-Fransa hərbi əməkdaşlığı müzakirə edilib
Media мərkəz » Xəbərlər

Azərbaycan-Fransa hərbi əməkdaşlığı müzakirə edilib
31.07.2015

Xəbərlər

Bakı. Ağa Cəfərli - APA. Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər hərbi sahədə uğurla inkişaf edən əlaqələri müzakirə ediblər və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

 

Görüşdə iştirak edən Fransa Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Andre Evrar fəaliyyət müddətinin başa çatması ilə əlaqədar ölkəmizdəki xidməti dövründən və əməkdaşlıqdan məmnunluq ifadə edərək gələcəkdə də Azərbaycanın daim səmimi dostu olaraq qalacağını bildirib.



TƏRƏFDAŞLAR