EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - Azərbaycan müdafiə nazirinin Latviyaya rəsmi səfəri başlayıb
Media мərkəz » Xəbərlər

Azərbaycan müdafiə nazirinin Latviyaya rəsmi səfəri başlayıb
02.07.2015

Bakı – APA. Litvaya rəsmi səfəri başa çatdıqdan sonra Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasına yola düşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Z. Həsənov Latviyanın yeni seçilmiş prezidenti, iyulun 8-dən prezident vəzifələrinin icrasına başlayacaq hazırkı müdafiə naziri Raymonds Veyonisin dəvəti ilə iyulun 3-dən 4-dək Latviyada rəsmi səfərdə olacaq. Səfərdə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və müdafiə məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.




TƏRƏFDAŞLAR