Xəbərlər

ADEX - Yavər Camalov BƏƏ Milli Təhlükəsizlik Ali Şurasının nümayəndə heyətini qəbul edib

Yavər Camalov BƏƏ Milli Təhlükəsizlik Ali Şurasının nümayəndə heyətini qəbul edib

29.05.2015

Xəbərlər

Bakı. Ağa Cəfərli - APA. Müdafiə sənayesi naziri Yavər CamalovAzərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad Zonaların Təhlükəsizliyi Baş İdarəsinin baş direktoru Casim Məhəmməd Əz-Zaabinin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.

 

APA-nın Müdafiə Sənayesi Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,Yavər Camalov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

 

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.