EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - MSN-in müəssisələrində istehsal olunan məmulatların 78 faizi müdafiə və xüsusi təyinatlıdır
Media мərkəz » Xəbərlər

MSN-in müəssisələrində istehsal olunan məmulatların 78 faizi müdafiə və xüsusi təyinatlıdır
01.05.2015

Bakı. Ağa Cəfərli-APA. 2015-ci ilin ilk rübündə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində istehsal olunan məmulatların 78 faizini müdafiə və xüsusi təyinatlı, 22 faizini isə mülki təyinatlı məmulatlar təşkil edib.

 

APA-nın Müdafiə Sənayesi Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin 2015-ci ilin birinci rübünün yekunlarına həsr edilmiş səyyar kollegiya iclasında məlumat verilib.

 

Bu ilin ilk rübü ərzində mülki məhsulların istehsalı üzrə proqnoza 112 faiz əməl edilib.

 

2015-ci ilin istehsal proqramına uyğun olaraq birinci rübdə nazirliyin müəssisələrində yaradılma üzrə 81 mövzunu və 143 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.



    TƏRƏFDAŞLAR