EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - ANAMA-nın polislər üçün təşkil etdiyi mina təlimləri başa çatıb
Media мərkəz » Xəbərlər

ANAMA-nın polislər üçün təşkil etdiyi mina təlimləri başa çatıb
01.05.2015

Bakı. Ağa Cəfərli-APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən 2014-cü ilin dekabr ayından başlayan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabit heyəti üçün Beynəlxalq və Milli Mina Aksiyası Standartları əsasında təlim kursları başa çatıb.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, təlimlər 5 mərhələdə keçirilib və hər mərhələdə 25 nəfər iştirak edib. DİN üçün keçirilən təlimlər təhlükəsizlik və texniki standartlar, yer minaları, xüsusi partlayıcı qurğular, partlamamış və tərk olunmuş hərbi sursatlar, əl qumbaraları, artilleriya və minaatan mərmiləri, raketlər, kasset (səpmə) sursatlar, əldədüzəlmə partlayıcı tələlər, improvizə edilmiş qurğular, rabitə, maqnetik lokator və mina detektorlarından istifadə qaydaları, əllə minaaxtarma üsulları, tədqiqat növləri ilə tanışlıq, mina təhlükəsi üzrə maarifləndirmə, naviqasiya, yolların təmizlənməsi, binalara və avtomaşınlara girişin məsafədən açılması, zərərçəkənin evakuasiyası, naqilsiz təlim minalarının istifadəsi ilə praktiki minaaxtama məşqləri, ərazinin vizual axtarışı, partlayıcı maddələr və partlayış işlərilə tanışlıq, təhlükə radiusunun təxmin edilməsi, partlayıcı yükün/maddənin yerləşdirilməsi, partlamamış hərbi sursatların həqiqi partlayışlar vasitəsilə məhv edilməsi işləri və sair əsas mövzulardan ibarət olub.




    TƏRƏFDAŞLAR