EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında ikitərəfli görüş keçirilib
Media мərkəz » Xəbərlər

Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında ikitərəfli görüş keçirilib
04.04.2015

Xəbərlər

Tiflis. Nizami Məmmədzadə -APA. Azərbaycanın müdafiə naziri Zakir Həsənov Gürcüstana səfəri çərçivəsində bu ölkənin müdafiə naziri Mindia Canelidze ilə ikitərəfli görüş keçirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, mətbuat üçün qapalı olan görüşdən sonra Z. Həsənov bu gün baş tutan görüşlərin təməlinin Naxçıvanda və Bakıda qoyulduğunu bildirib: "Biz ötən görüşlərimizdə qərara aldıq ki, üçtərəfli görüşlərimizi davam etdirək. Bugünkü görüş ikinci görüşümüzdür. Biz həm üçtərəfli, həm də ikitərəfli əsasda çox mühüm məsələləri müzakirə etdik. Üçtərəfli Memorandumun imzalanmasına hazırlaşırıq və bu istiqamətdə iş gedir. Artıq sənədin mətni hər üç dövlətin müxtəlif nazirliklərində müzakirə olunur. Türkiyədə baş tutacaq üçüncü görüşümüzdə bu sənəd imzalanacaq”.



TƏRƏFDAŞLAR