EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Zakir Həsənov Qırğızıstanın müdafiə nazirini qəbul edib
Media мərkəz » Xəbərlər

Zakir Həsənov Qırğızıstanın müdafiə nazirini qəbul edib
13.02.2015

Xəbərlər

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevi qəbul edib. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, protokola uyğun olaraq Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Müdafiə Nazirliyində A.Kudayberdiyevin rəsmi qarşılanma mərəsimi keçirilib.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə iki ölkə arasında müdafiə, o cümlədən hərbi təhsil sahəsində əməkdaşlığın perspektivləri, dövlətlərin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Z. Həsənov Ermənistanın bölgədəki sabitliyə əsas təhlükə olduğunu, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Öz növbəsində A. Kudayberdiyev dövlətlərarası əlaqələrin möhkəm dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını qeyd edib.

Sonra Azərbaycan-Qırğızıstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



TƏRƏFDAŞLAR