EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Rəsmi kataloq

Sərgi qəzeti
ADEX - Müdafiə naziri Zakir Həsənov Bolqarıstanın iqtisadiyyat nazirini qəbul edib
Media мərkəz » Xəbərlər

Müdafiə naziri Zakir Həsənov Bolqarıstanın iqtisadiyyat nazirini qəbul edib
13.02.2015

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif istiqamətlərdə münasibətlərin uğurla inkişaf etməsindən, o cümlədən hərbi sahədə də əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olunub.

Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.



TƏRƏFDAŞLAR